“Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib, düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir…”-MÜDAFİƏ NAZİRLİYİ – VİDEO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən məlumata görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

Etikxeber.az

Read Previous

“Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına ikman verməyəcəyik…Azərbaycan xalqı, Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçı dövlətə haqq etdiyi yerini göstərəcək”-MİLLƏT VƏKİLİ

Read Next

Şəhidimiz-Xəyyam Daşdəmirov-TORPAĞA TAPŞIRILDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir