Tovuz istiqamətində vəziyyət yenidən gərginləşdi-SƏRT CAVAB TƏDBİRLƏRİ GÖRÜLÜR – MN NÖVBƏTİ MƏLUMAT YAYDI VƏ… – YENİLƏNİB – (1)

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub.

“Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir”-deyə, sonra qeyd olunub.

00:27

***

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub.

Müdafiə Naziliyindən  verilən məlumata görə, hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

01:40

***

Müdafiə Nazirliyi növbəti məlumat yayıb.

Məumatda deyilir:

“Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur”.

Etikxeber.az

Read Previous

“Bu sayaq durumlarda ən böyük peşəkarlıq soyuqqanlı yanaşma nümayiş etdirməkdir…”-ƏFLATUN AMAŞOV ÇAĞIRIŞ ETDİ

Read Next

“Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına ikman verməyəcəyik…Azərbaycan xalqı, Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçı dövlətə haqq etdiyi yerini göstərəcək”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir