“Bu, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olmasının, düşmənin bütün murdarlıqlarına layiqli cavab verildiyinin və veriləcəyinin əyani nümayişi oldu”-MİLLƏT VƏKİLİ

İşğalçı Ermənistanın növbəti təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhəddinin Tovuz bölgəsində ayın 12-dən bu yana yaşanan gərginlik 10 gündür ki, davam edir. Azərbaycan dövləti, Azərbaycan Ordusu bu müddət ərzində bir daha işğalçıya, təcavüzkara, onu Azərbaycanın üzərinə qaldıranlara sarsıdıcı və ölümcül zərbəsini endirdi. Hər kəsə göstərdi və nümayiş etdirdi ki, Ermənistan, onun havadarlarının istənilən təxribatının, fitnəkarlığının qarşısı alınacaq, Qarabağ, torpaq məsələsində heç bir güzəşt, geriyə çəkilmə olmayacaq. Əksinə, Azərbaycan dövləti və Ordusu bir dəfə səfərbər olub, çox yaxın zamanlarda işğal altında olan torpaqlarını son qarışınacan azad edəcək və bu zaman heç kimdən də icazə almayacaq.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

“Onu da qeyd etmək lazımdır ki, düşmən Azərbaycanın, onun Ordusunun gücünü gördükcə daha da murdarlaşır, daha da amansızlaşır, çirkinləşir. Dinc, mülki əhaliyə qarşı bütün antiinsani addımlara əl atır, sırf yaşayış məntəqələrini, evləri hədəf alır. Bu dəfə belə oldu. Ermənistan işğalçı qüvvələrinin iyul ayının 12-dən başlayaraq, Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Bununla düşmən, işğalçı ölkə bir daha öz çirkin mahiyyətini ortaya qoymuşdur. Çünki ondan başqa nəsə gözləməyinə də dəyməz”-deyən millət vəkilinin sözlərinə görə, odur ki, dəymiş ziyanın dərhal aradan qaldırılması ücün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanmışdır.

“Sərəncamda da dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılmışdır. Bunun özü bir daha Azərbaycan dövlətinin, dövlət başçısının Azərbaycan vətəndaşlarının, canını düşmən qarşısında sipərə, qalxana çevirmiş insanların yanında olmasının əyani və bariz nümunəsidir. Azərbaycan dövləti hər zaman öz insanının yanında olub, bunda sonra da yanında olacaq. Bu, həm də onun göstəricisidir ki, düşmənin və onun havadarlarının heç bir addımı, təxribatı, fitnəkarlığı, vandalizm və barbarlığı Azərbaycan dövlətini öz yolunundan çəkindirməyəcək. Onların bütün təxribatlarının, fitnəkarlıqlarının qarşısı alınacaq, dəf ediləcək, insanlar, ölkə vətəndaşları heç bir zaman sahibsiz, taleyin ümidinə buraxılmayacaqlar. Bu, eyni zamanda, Azərbaycan dövlətinin gücü, qüdrəti, iqtisadi inkişafı deməkdir. Məhz bu güc, qüdrət, inkişaf nəticəsində insanların yaşayışı, təhlükəsizliyi əvvəlkindən də yüksək səviyyədə təmin ediləcək, onlara dəyən ziyan zamanında dövlət tərəfindən qarşılancaq. Bu isə öz növbəsində dövlət-xalq, iqtidar-xalq həmrəyliyini daha da möhkəmləndirəcək və gözənilən Qələbəni daha da tezləşdirəcək. Hər kəs bunu bilsin və əmin olsun”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

22:57, 23:59, 22 iyul

Etikxeber.az

Read Previous

“Qüsurlara yol verən, laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır…”- İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda-MÜŞAVİRƏ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Belələri ilə nəinki su qıtlığını aradan qaldırmaq, heç bir çaynik su gətirməyə də getmək olmaz…”-MİLLƏT VƏKİLİ “SU MƏMURLARI”NI YIXIB-SÜRÜDÜ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir