“Tovuz rayonunun Ağdam kəndində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub”-MÜDAFİƏ NAZİRLİYİ

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 47 dəfə pozub.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Şıxlar, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Etikxeber.az

Read Previous

“Biz İraqda, amerikalı dostlarımızla birgə, ermənilərin Amerikada terror ideyalarını rahatca yaya bilməsi üçün mübarizə aparmamışıq”-DEPUTAT ABŞ-IN DÖVLƏT KATİBİ VƏ ƏDLİYYƏ NAZİRİNƏ SƏRT MƏKTUB ÜNVANLADI

Read Next

“Atam Bakıda “Ağdam bağı” salıb…”-AYBƏNİZ İSMAYILOVA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir