“Tovuzun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Gədəbəyin Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub”-MÜDAFİƏ NAZİRLİYİ

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

“İşğal altında olan Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub”-deyə, sonra qeyd olunur.

Etikxeber.az

Read Previous

“Aybəniz xanıma, Şəhid qızına dil uzadanlar…,heç nəyi bacarmırsınızsa, heç olmasa, susmağı bacarın-SUSUN!”-KAMİL HƏMZƏOĞLU YAZIR

Read Next

“Xüsusilə, burada köklü dəyişikliklər vacibdir: Pedaqoji, Tibb və Hüquq”-FAZİL MUSTAFADAN YENİ NAZİR QARŞISINDA ÜÇ XAHİŞ-TƏLƏB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir