Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avqustun 5-də Qubada toy karvanında avtomobilin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.
Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, “VAZ 2107” markalı minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində maşında olan sərnişin 1958-ci il təvəllüdlü Məmmədova Elmira Ədə qızı dünyasını dəyişib.
Püstəqasım kəndi ərazisində baş verən qəzada xəsarət alan digər sərnişinlər – Xaçmaz rayonunun Müzəffəroba kənd sakinləri, 1993-cü il təvəllüdlü Şəlalə Məmmədova və onu 6 yaşlı qızı Dilşad Məmmədova, həmçinin Quba rayonunun Timiryazev kənd sakini, 1980-ci il təvəllüdlü Gülnarə Quliyeva müxtəlif bədən xəsarətləri ilə Quba Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Etikxeber.az