Toy qaydalarının pozulmasına görə 3 nəfər cərimələndi, 12 nəfər şənliyə buraxılmadı-3 QURUM BİRGƏ MƏLUMAT YAYDI

Avqustun 26-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 3 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, monitorinq 1 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– 12 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidləri: Evin tək oğlu Nicat İbişov və ailənin iki oğlan övladından biri-ali təhsilli Aqil Mirzəliyev-BU GÜN HƏR İKİ ŞƏHİDİN CƏNNƏTDƏKİ İLK AD GÜNÜDÜR… – FOTOLAR

Read Next

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir