Toyda qətl törədildi-DAŞKƏSƏNDƏ…-YENİLƏNİB

Daşkəsəndə qətl hadisəsi baş verib.

Etikxeber.az-ın məlumatına görə, hadisə rayonda “Köhnə stadion” adlanan ərazidə keçirilən toy məclisində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Alaxançalı kənd sakini 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu toyda tanışı tərəfindən bıçaqlanıb.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışlara başlanıb.

Faktla bağlı araşdırma aparılır.

***

Daşkəsəndə toyda qətl törədən şəxs tutulub.

Məlumata görə, hadisəni törədən şəxs Alaxançalı kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyev Şakir Şükür oğludur(APA).

Etikxeber.az

Read Previous

386 yeni yoluxma-DAHA 4 ÖLÜM…

Read Next

Hidi Vəliyev və Orxan Cümşüdovun adını daşıyan “Şəhidlər bulağı”nın açılışı olacaq-TAP QARAQOYUNLUDA – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir