Toyda zəhərlənənlərin sayı – 75-Ə ÇATDI – YENİLƏNİB

Qəbələ rayonu Zərgərli kəndində keçirilən toy mərasimi zamanı qonaqlardan 72 nəfəri qidadan zəhərlənib. 

Etikxeber.az-ın APA-ya  xəbərinə görə, zəhərlənən şəxslərdən 40 nəfəri Qəbələ rayon Mərkəzi Xəstəxanasına, 32 nəfəri Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hər iki tibb müəssisəsi gücləndirilmiş iş rejimində çalışıb, səhiyyə işçilərinin səyi nəticəsində xəstələrdən böyük əksəriyyətinin vəziyyəti normallaşıb və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Hazırda Mərkəzi Xəstəxanada 5, Diaqnostika Mərkəzində 3 xəstənin stasionar müalicəsi davam etdirilir.

Zəhərlənən şəxslərdən 1961-ci il təvəllüdlü İlqar Mikayılov, 1991-ci il təvəllüdlü Vahid Abdullayev, 1970-ci il təvəllüdlü Dilşad Abdullayev, 2012-ci il təvəllüdlü Nərmin Qurbanova, 2001-ci il təvəllüdlü Nurlan Əsgərov, 1992-ci il təvəllüdlü Rauf Mikayılov, 1969-cu il təvəllüdlü Sevgili Muradov, 1960-cı il təvəllüdlü Elnur Xurşudov, 1970-ci il təvəllüdlü Habil Nurəddinovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Toy mərasimində qidadan zəhərlənmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına (MRX) və  Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 75 nəfərə çatıb. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, digərləri kişilər olub. Zəhərlənmə ehtimalı ilə müraciət edənlərin hamısına Qəbələ MRX-da lazımı yardım edilib. Gecə saat 02:00 radələrində xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb.

Hazırda xəstəxanada 2 nəfər qalıb.

Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb.

Xəstəxana gücləndirilmiş rejimdə işləyir.

Etikxeber.az

Read Previous

Sabiq deputat Paşinyanın Qarabağ səfərinə görə hakimiyyəti tənqid etdi…

Read Next

“Müsavat”dan Əli Əhmədovun çağırışına reaksiya: “YAP HAKİM PATİYA DEYİL”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir