Toylarda karantin qaydalarını pozan daha 4 nəfər cərimələndi-12 NƏFƏR ŞƏNLİYƏ BURAXILMADI…

Yanvarın 17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, monitorinq 62 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 12 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Etikxeber.az

Read Previous

“Əgər bir yoldayamsa, Allahdan başqa heç kim məni o yoldan çəkindirə bilməz…”-KAMİL HƏMZƏOĞLU ŞƏHİDLƏRDƏN, ŞƏHİD AİLƏLƏRİNDƏN DANIŞDI… – MÜSAHİBƏ

Read Next

Ailənin 4 övladından biri-ŞƏHİD NURLAN QULİYEVLƏ BAĞLI ZABİTLƏR EVİNDƏ ANIM TƏDBİRİ DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNIB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir