Toyuq əti alanda bunlara fikir vermək lazımdır – VİDEO

Quş əti unikal məhsuldur, asan hazırlanan dadlı qidadır.

İnsan orqanizmi tərəfindən yaxşı həzm olunur. Zülal və protein, vitaminlər və mineral maddələrlə zəngindir, yağı isə azdır. Lakin bunlar əlbəttə ki keyfiyyətli quş ətinə aiddir. Quş ətinin süfrəmizə təhlükəsiz gəlib çatması üçün bir çox tələblər yerinə yetirilməlidir.

Etikxeber.az xəbər verir ki, quş ətinin istehsalına dair standartlar və tələblər var.

Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ciddi tədbirlər həyata keçirir. Quşların saxlanma şəraitinə, verilən yemlərə, kəsilməsinə, ətinin saxlanmasına, hormonal preparat və antibiotiklərdən istifadə olunmamasına nəzarət edilir.

Bununla belə, quş əti seçəndə bir sıra məqamlara diqqət yetirmək lazımdır. “Ailə və Ətraf Mühit” İctimai Birliyi bu məqamlaradan bəhs edən maarifləndirici sosial çarx hazırlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi hesabına hazırlanan çarxda toyuq ətinin qablaşdırması, rəngi, saxlanma qaydaları, bişirilmə üsulları haqqında məlumat verilir.

Read Previous

“DAĞLIQ QARABAĞ ERMƏNİSTANDIRSA, ONDA ERMƏNİSTAN DA…” – Politoloq

Read Next

“APOEL”lə 90 dəqiqə meydanda psixoloji savaş olacaq…” – TAHİR SÜLEYMANOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir