“Trafik canavarı” can almaqda davam edir – 571 ölü

Azərbaycanda 9 ay ərzində baş vermiş yol-nəqliyyat hadisələri ilə bağlı statistika açıqlanıb.

Etikxeber.az Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 9 ayı ərzində respublikanın avtomobil yollarında 1499 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş qəzalarda 571 nəfər həlak olub, 1555 nəfər xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 164 fakt (9,9%), ölənlərin sayı 95 nəfər (14,3%), yaralananların sayı 191 nəfər (10,9%) azalıb.

Bakı şəhəri ərazisində 490 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 138 nəfər ölüb, 515 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, ölənlərin və xəsarət alanların sayı uyğun olaraq 110 fakt (18,3%), 37 nəfər (21,1%), 130 nəfər (20,2 %) azalıb.

Etikxeber.az

Read Previous

“Ankara ilə Moskva öz aralarındakı anlaşmalara riayət edəcəklər, çünki…” – POLİTOLOQ

Read Next

“Əminəm ki, İmam Hüseyn (ə) əzadarlığı dinc şəraitdə keçəcək” – MÜBARİZ QURBANLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir