Tramp da Rusiyaya qarşı eyni “yolu” gedəcək…

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Obama administrasiyası tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlayacağını bəyan edib.

Etikxeber.az-ın xəbərinə görə, D.Tramp bu barədə “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib.

Eyni zamanda D.Tramp qeyd edib ki, Rusiya terrorçuluqla mübarizə və digər sahələrdə özünü müsbət tərəfdən göstərdiyi təqdirdə sanksiyalara lüzum qalmayacaq.

ABŞ-ın yeni seçilən prezidenti yanvarın 20-də keçiriləcək inauqurasiya mərasimindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu vurğulayıb.

Etikxeber.az

Read Previous

Ötən il biometrik smartfonların sayı iki dəfə artıb

Read Next

Mənzildə cəsəd tapıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir