“Tramp tərsdir, Ağ Ev sahibi müftə pul paylamır” – POLİTOLOQ XİN-İ VƏ ABŞ SƏFİRLİYİMİZİ HƏRƏKƏTƏ SƏSLƏDİ

ABŞ prezidenti Donald Trampın Dağlıq Qarabağ separatçılarına kəsdiyi yardım iki qüvvəni – Vaşinqtondakı Erməni Milli Komitəsini və Konqresdəki ermənipərəst konqresmenləri hərəkətə gətirib. Bu iki qüvvə güclərini birləşdirərək Donald Trampa təzyiqi artırıblar ki, Ağ Ev erməni separatçılarına maliyyəni kəsməsin.

Erməni separatçıları illərdir fəxrlə deyirdilər ki, Dağlıq Qarabağ ABŞ-ın maliyyə ayırdığı yeganə “tanınmayan bölgədir”. İndi bu “status”dan məhrum olmağa yaxın olan separatçılar bütün güclərini Ağ Evin qərarına qarşı səfərbər edirlər.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Tramp tərs prezidentdir və adətən dediyini və planlaşdırdığını edir: Ağ Ev sahibi heç kimə müftə pul paylamır.

“Ancaq Trampa tam arxayıın olmağa da dəyməz. Vaşinqtondakı bütün ermənipərəstlərin səyi nəticəsində Trampa erməni separatçılarına yardımın dayandırılmasına etiraz edən konqresmenlərin sayı bir həftənin içərisində 89-dan 105-ə çatıb.

Beləliklə, ermənipərəstlərin Ağ Evə və Dövlət Departamentinə təzyiqi artır. Biz buna seyrçi qalmalıyıq, yoxsa, əlimizdə az da olsa prosesə təsir edəcək alətlərimiz var?

Əlbəttə, erməni lobbisinin Amerikada və Konqsresdəki gücü bəllidir.

Bu gücü zəiflətmək imkanımız xaricindədir. Buna baxmayaraq, ümid edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin  (XİN) Vaşinqondakı səfirliyimizlə birgə nəsə planı var.

Ağ Evin hazırki sahibi və Dövlət Departamenti Azərbaycanın Amerika üçün Ermənistandan daha dəyərli olduğunu bilir.

Sadəcə, bu dəyəri imkan daxilində onların beyinlərində gücləndirmək lazımdır”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Üçlər” və “Dördlər” bir araya gəlir – TÜRKİYƏDƏ

Read Next

Zəlzələ “növbəsi” Zaqatalaya çatdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir