Tramp Təhlükəsizlik Şurasının İsrailə dair qətnaməsini belə şərh etdi: “Pisdir…”

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının İsrailə dair qətnaməsini şərh edib.

Gununsesi.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Trampın fikrincə, BMT Təhlükəsizlik Şurasının İsraildən işğal olunmuş ərazilərdə məskunlaşdırma fəaliyyətini dərhal dayandırmağı tələb edən qətnaməsi yəhudi dövləti ilə Fələstin arasında sülh danışıqları prosesini mürəkkəbləşdirəcək.

“İsrailin BMT-də dünənki böyük məğlubiyyəti sülh barədə danışıqları xeyli mürəkkəbləşdirəcək” – Tramp şənbə günü Twitter səhifəsində belə yazıb.

“Çox pisdir, amma biz hər halda buna nail olacağıq” – deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Unikal sikkə buraxılır: gümüş üzük içində şəffaf disk

Read Next

Gəncə – Göygöl yolu yenidən qurulacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir