Tramp xüsusi xidmət orqanları və KİV-lərin əli ilə hakimiyyətdən deviriləcək… – ŞOK

ABŞ prezidenti Donald Trampı xüsusi xidmət orqanları və mətbuatın əli ilə hakimiyyətdən devirəcəklər.
Etikxeber.az xəbər verir ki, bunu rusiaylı senator, Dövlət Dumasının Beynəlxalq  münasibətlər komitəsinin rəhbəri Aleksey Puşkov öz “Twitter” səhifəsində  ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Filinin istefası ilə bağlı mövqeyini bölüşərkən deyib.
Onun sözlərinə görə, məsələ  Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi M. Filin istefası ilə bitmir:
“Məsələ həm də xüsisi xidmət orqanları və medianın  dəstəyi ilə Donald Trampı siyasi anlamda məhv etmək və onun  bağlı impiçment elan olunmasına nail olmaqdır”.
A.Puşkov onu da bildirib ki, M. Filinin istefasından sonra  hədəf Trampın özüdür.
Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi M. Filin 2016-cı ilin dekabrında  Rusiyanın Vaşiqntondakı səfiri ilə telefon danışığı ətrafına yaranan qalmaqala  görə istefaya getmək zorunda qalıb.
Etikxeber.az

Read Previous

Xarici işlər naziri Münxendə Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Read Next

Güclü qar və çovğun İsmayıllıda fəsadlar törətdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir