“ABŞ prezidenti Barak Obamanın idarəçiliyi dönəmində Kuba ilə əldə olunan razılaşmalara vaxtından əvvəl son verilə bilər”.
Etikxeber.az “Türkiyə” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz “Twitter” hesabında yazıb:
“Əgər Kuba və onun xalqı həm Amerika,həm də Kuba üçün daha yaxşı bir sazişə razılaşmasalar, o zaman mövcud müqaviləyə son veriləcək”.
Qeyd edək ki, 50 ildən sonra ilk dəfə ABŞ-la Kuba arasındakı əlaqələrin stabilləşməsi yönündə ABŞ nümayəndə heyəti, başda Barak Obaman olmaqla Kubada rəsmi səfərdə olub. Səfər çərcivəsində diplomatiq əlaqələrin, eləcə də müxtəlif sahələr ilə bağlı əməkdaşlıq sənədləri imzalanıb.
Etikxeber.az