Trampı inandırdıq, türkləri də ruslardan ayırdıq – MAKRON

Fransa prezidenti Emmanuel Makron ABŞ, Böyük Britaniya və ölkəsinin Suriya əməliyyatını olduqca uğurlu adlandırıb.

Etikxeber.az “Sözçü”yə istinadən xəbər verir ki, o, eyni zamanda, bu əməliyyatla müttəfiqləri Türkiyəni Rusiyadan ayırdıqlarını bildirib.

macronnnnn

“Biz bu əməliyyatla türkləri ruslardan ayırdıq. Türklər Suriyadakı kimyəvi silahları və onlardan istifadəni qınadı”-deyə, o, əlavə edib.

Makron bununla yanaşı, ABŞ prezidenti Donald Trampı Suriyadan geri çəkilməməyə, öz əsgərlərini oradan çıxarmamağa inandırdığını iddia edib:

“10 gün öncə Tramp “ABŞ Suriyadan çəkilməlidir”- deyirdi. Ancaq şəxsən mən özüm onu Suriyada qalmanın gərəkli olduğuna inandırmağa çalışdım və inandırdım”.

Etikxeber.az

Read Previous

“Azərbaycan onu istəməyənlərin qarsına hər dəfə daha güclənmiş şəkildə çıxır” – DEPUTAT – FOTOLAR

Read Next

Suriyadan çəkiləcəyik, planımız dəyişməyib – ABŞ-DAN REAKSİYA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir