Trampın siyasəti ABŞ-ın 2026-cı ilin dünya çempionatını keçirmək istəyinə kömək etməyəcək – Aleksandr Çeferin

ABŞ Prezidenti Donald Trampın immiqrasiya siyasəti bu ölkənin 2026-cı ildə futbol üzrə dünya çempionatının keçirilməsi hüququnu əldə etməsinə mane ola bilər.

Etikxeber.az “tribuna.com” saytına istinadla xəbər verir ki, bu fikri UEFA-nın prezidenti Aleksandr Çeferin səsləndirib.

O, deyib:

“Əgər idmançılar siyasi və ya populist qərarlara görə turnirdə gələ bilmirlərsə, dünya çempionatı belə bir ölkədə keçirilə bilməz. Bu, həm ABŞ-a, həm də dünya birinciliyini keçirmək istəyən digər ölkələrin hamısına aiddir. Şəksiz ki, eyni sözlər azarkeşlərə və jurnalistlərə də şamil olunmalıdır. Axı söhbət dünya çempionatından gedir və millətindən asılı olmayaraq hamının bu çempionatda iştirak etmək imkanı olmalıdır”.

D.Tramp yanvar ayında immiqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan bir sıra fərmanlar imzalayıb. Həmin fərmanlardan birinə görə, əhalisi əsas etibarilə müsəlman olan bir sıra ölkələrin vətəndaşlarının ABŞ-a gəlişi 90 gün müddətinə məhdudlaşdırılır. Söhbət ilk növbədə İraq, İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarından gedir.

2026-cı ilin dünya çempionatı 48 ölkənin mübarizə aparacağı ilk turnir olacaq.

Etikxeber.az

Read Previous

Pekində “Transxəzər – Şərq-Qərb ticarət və tranzit dəhlizi” forumu keçiriləcək

Read Next

Millət vəkili erməni dilində nəşr edilmiş “Qarabağ düyünü” adlı kitabını türkiyəli rektora hədiyyə etdi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir