Trampla İn yenidən bir araya gələ bilər…

ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen İn ilə ilin sonunadək görüşmək niyyətində olduğunu deyib.

O, bu fikri Ağ Evin qarşısında jurnalistlərə müsahibə verərkən söyləyib.

Etikxeber.az “TASS”-a  istinadla xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs cümə axşamı brifinqdə ABŞ və KXDR təmsilçilərinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüş keçirməyi planlaşdırmadıqlarını bildirib.

Bununla belə vurğulayıb ki, Vaşinqton KXDR-in nüvəsizləşdirilmə barədə danışıqları sentyabrın sonunda ABŞ ilə bərpa etməyə ümid bəsləməsi haqqında bəyanatını alqışlayır.

Xatırladaq ki, iyunun 30-da ABŞ və KXDR liderlərinin KXDR və Koreya Respublikasının sərhədində hərbisizləşdirilmiş ərazidə üçüncü görüşü keçirilib. Bu görüşün yekunlarına əsasən, ABŞ Prezidenti hər iki tərəfin danışıqları tezliklə işçi səviyyəsində bərpa etməyə ümid bəslədiyini söyləsə də, iki ay ərzində hər hansı görüş olmayıb.

Bazar ertəsi KCNA agentliyinin dərc etdiyi rəsmi bəyanatda KXDR Xarici İşlər nazirinin birinci müavini Tsoy Son Xi bildirib ki, ölkə rəhbərliyi Koreya yarımadasının nüvəsizləşdirilməsi barədə ABŞ ilə danışıqları sentyabrın sonunda bərpa etməyə ümid bəsləyir.

Donald Tramp bu xəbəri müsbət qarşılayıb.

Etikxeber.az

Read Previous

“Erməni və Ermənistanpərəst ölkə necə ədalətli hakim rolunda çıxış edə bilər?” – DEPUTAT – MÖVQE

Read Next

Parlamentin 3 komitəsinin iclası keçiriləcək – YENİ QANUN LAYİHƏLƏRİ GƏLİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir