“TRIPP Trampın adını daşıyır və bu o deməkdir ki, həmin dəhliz bu administrasiya və ondan sonrakılar üçün də vacib olacaq…”-İLHAM ƏLİYEV – YENİLƏNİB – (2)

Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb. Heç bir atışma yoxdur, heç kəs yaralanmır, heç kim qətlə yetirilmir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə səsləndirib.

Dövlətimizin başçısı deyib ki, biz artıq Ermənistanla əməkdaşlığa başlamışıq.

“Biz yüklərin daşınmasında Azərbaycan ərazisində bütün məhdudiyyətləri aradan qaldırmışıq. Gürcüstanlı dostlarımıza da təşəkkürümüzü bildiririk ki, onlar çox mühüm tranzit imkanlarını yaradırlar”, – deyə Prezident əlavə edib.

***

Biz artıq cəmi 6 aydır ki, sülh şəraitində yaşayırıq, inanın ki, bu, çox yaxşı və xüsusi hissdir, bütün Azərbaycan əhalisi bölüşür. Əminəm ki, Ermənistan xalqı da belə düşünür.

Bu sözləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.

Dövlətimizin başçısının sözlərinə görə, bağlantılar və dəhlizlər Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq ki, Azərbaycan, Gürcüstan və Ermənistan bir-biri ilə artıq üçtərəfli şəkildə əməkdaşlıq quracaq.

***

Düşünürəm ki, TRIPP Prezident Trampın adını daşıyır və bu o deməkdir ki, həmin dəhliz bu administrasiya və ondan sonrakılar üçün də vacib olacaq.

Bu barədə də Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib.

Dövlətimizin başçısı deyib ki, əgər belə olmasaydı, Prezident öz adını (dəhlizə – red.) verməzdi. Onun adının verilməsi o deməkdir ki, bu icra olunacaq.

18:50

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

Söhbət zamanı Kaya Kallasın ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı.

Avropa İttifaqının Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğu bildirildi.

Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq, bu xüsusda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi mühüm töhfələrə toxunuldu.

Ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsi ilə yanaşı, nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

Hava dəyişkən buludlu, dumanlı olacaq, dağlıq ərazilərə qar yağacaq-SABAH

Read Next

“Bolqarıstan Dünya Şəhərsalma Forumunda yüksək səviyyədə təmsil olunacaq…”-İLHAM ƏLİYEV MÜNXENDƏ BUNDESTAQ RƏSMİSİ, BOLQARISTAN VƏ UKRAYNA PREZİDENTLƏRİ VƏ KALLAS İLƏ GÖRÜŞDÜ, PANEL MÜZAKİRƏLƏRDƏ İŞTİRAK ETDİ – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir