Turan Bayramov Olimpiya çempionu oldu… – YENİLƏNİB

Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarına bu gün yekun vurulur.

Etikxeber.az xəbər verir ki, sərbəst güləşçimiz Turan Bayramov (65 kq) mübarizəyə “A” qrupunda start verib.

argen-1

Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisi Tahi Pehi Eynsli Uesterlini elə ilk hissədə çətinlik çəkmədən məğlub edib. İdmançımız Pakistan güləşçisi İnayət Ullaha da rahat qalib gəlib və “A” qrupunda birinci yeri tutub.

`Beləliklə, güləşçimiz Olimpiadanın finalına vəsiqə qazanıb.

Həmyerlimiz finalda “B” qrupunun qalibi olan iranlı pəhləvan Məhəmməd Baqi Kərimiseyfabad ilə qarşılaşacaq.

***

Azərbaycan güləşçisi Turan Bayramov Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Olimpiadada 65 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz “A” qrupunda yarışıb.

Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisi Tahi Pehi Eynsli Uesterlini elə ilk hissədə çətinlik çəkmədən məğlub edib. İdmançımız Pakistan güləşçisi İnayət Ullaha da rahatlıqla qalib gəlib və “A” qrupunda birinci yeri tutub.

Olimpiadanın finalına vəsiqə qazanan güləşçimiz qızıl medal uğrunda görüşdə “B” qrupunun qalibi olan iranlı pəhləvan Məhəmməd Baqi Kərimiseyfabad ilə qarşılaşıb. Rəqibini məğlub edən T.Bayramov Olimpiya çempionu olub.

Hazırda Azərbaycan millisinin hesabında 2 qızıl, 1 gümüş və 2 bürünc medal var.

Etikxeber.az

Read Previous

Bakıda Beynəlxalq Caz Festivalının açılışı oldu – FOTO

Read Next

Millətlər Liqasının dördüncü turu: NƏTİCƏLƏR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir