Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Prezident İlham Əliyev 16 illik hakimiyyəti dövründə hər zaman öz fəaliyyətində, öz addımlarında xalqın dəstəyinə, Azərbaycan xalıqının və dövlətinin gücünə, vəhdətinə, həmrəyliyinə arxalanıb, bu gün də belədir. Hər zaman iqtidar-xalq həmrəyliyi, monolitliyi mövcud olub, bu həmrəylik, bu monolitlik son bir il yarımda, 2018-ci ilin 11 aprel seçkilərindən sonra daha da güclənib, möhkəmlənib. Çünki dövlət başçısının gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət və milli maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır.
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, ölkə prezidenti hər bir addımında daim Azərbaycan xalqının milli maraqlarını, dövlət və dövlətçilk maraqlarını üstün tutur.
“Dövlət başçısı üçün bütün maraqlar milli maraqlardan, dövlətçilik maraqlarından qat-qat sonra gəlir. Onun üçün Azərbaycan xalqı və dövlətinin maraqları hər zaman və hər şeydən öndədir. Bunu onu hər bir addımından görmək mümkündür. Bunun əksini kimsə söyləyə və düşünə bilərmi? Əsla və qətiyyən, xeyr!
Məhz Azərbaycan dövləti və xalqının maraqları hər şeydən və hər zaman üstün tutulduğu, öndə gəldiyi üçün bu gün Azərbaycanla hesablaşılır, onun rəyi, fikri, mövqeyi nəzərə alınır, Azərbaycan dünyanın və regionun söz və nüfuz sahiblərindən biri kimi qəbul olunur. Bu gün işğalçı və təcavüzkar Ermənistan regionda həyata keçirilən bütn transmilli, qlobal layihələrdən kənarda saxlanılır. Nəyə görə? Məhz ona görə ki, istər Ulu öndər Heydər Əliyevin dönəmində, istərs də cənab prezidentin 16 illik hakimiyyəti dövründə Azərbaycan milli və dövlət maraqları ən öndə tutulub.
Ölkə prezidenti demək olar ki, bütün çıxışlarında, xüsusilə də, beynəlxalq tribunalardan, kürsülərdən səsləndirdiyi bütün bəyanatlarında “Ermənistan işğaldan əl çəkməyincə, işğala son qoymayınca, heç bir layihədə iştirak etməyəcək, təcrid siyasəti davam edəcək”-deyə, bəyan edir. Bundan böyük, bundan yüksək milli və dövlət maraqları gözlənilə, nəzərdə tutula, təmin edilə bilərmi? Cavab heç şübhəsiz ki, məlumdur.
Milli və dövlət maraqları daim üstün tutulduğu üçün Azərbaycanın sabit və təhlükəsiz inkişafı, yaşayışı mümkün olub, Azərbaycan cənab prezidentin də dediyi kimi, nəinki bölgənin, bütövlükdə dünyanın sabitlik və təhlükəsizlik adasına çevrilib. Əgər Azərbaycanda təhlükəsizlik, sabitlik və bunların məntiqi nəticəsi kimi, inkişaf, yüksəliş, təqəqqi təmin edilməsəydi, ölkəmiz beynəlxalq toplantıların, humanitar forumların, musiqi və idman yarışlarının möhtəşəm şəkildə keçirildiyi bir məkana çevrilməzdi.
Ölkəmizə turist axını baş verməzdi, on minlərlə, yüz minlərlə insan başqa turist məkanlarını qoyub, Azərbaycana axın etməz, üz tutmazdı. Turistlər məhz o ölkələrə, o məkanlara üz tuturlar, axın edirlər ki, ilk növbədə orada sabitlik, sakitlik, onların təhlükəsizliyi təmin edilmiş olsun. Bu, başlaca şərtləndəndir və bu şərtlərin hər biri də Azərbaycanda var, mövcuddur. Turist axını isə turizmin və nəticədə də dövlətin, milli iqtisadiyyatın inkişafı, büdcənin artması deməkdir. Büdcənin artması isə sonuc etibarı ilə insanların maddi rifahının, firavan həyat şəraitinin təmin edilməsi deməkdir.
Odur ki, Azərbaycan sabit, təhlükəsiz, inkişaf edən, firavan həyat şəraiti təmin edilən və getdikcə sosial rifah ölkəsinə çevrilməkdə olan bir dövlət kimi, bütün sahələrdə və məsələlərdə öz liderliyini, öz öndərliyi qorumaqdadır və qorumaqda da davam edəcək. Bunun üçün də hər bir imkan, şərait, potensial, ən əsası iradə mövcuddur…”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az