“Turistlər yaxınlaşır ki, harada normal qiymətə yemək yemək olar….” – DEPUTAT – TURİZMLƏ BAĞLI QANUN LAYİHƏSİNİN QƏBULUNUN VACİBLİYİ VURĞULANDI

Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev “Turizm haqqında” qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəsinin tərəfdarıdır.

Etikxeber.az xəbər verir, millət vəkili bu haqda fikrini MM-in Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında səsləndirib.

O, qeyd edib ki, turizmlə bağlı qanun layihəsinin müzakirəsi və qəbulunu gecikdirmək olmaz, əksinə, onu tezləşdirmək və sürətləndirmək lazımdır.

Onun sözlərinə görə, bu qanun layihəsinin qəbulu turizm sektorunun inkişafına öz müsbət töhfəsini verər, turistlərin qonşu ölkələrə, o cümlədən, Gürcüstana deyil, daha çox Azərbaycana axınını təmin edər, bəzi bürokratik halların hüquqi müstəvidə aradan qaldırılmasında öz rolunu oynaya bilər.

“Bu yaxınlarda Çindən səfərdən qayıtdıq. Çox uğurlu bir səfər idi. Çinlilərin, Çin turistlərin Azərbaycana böyük marağı var. Hardasa 200 minə yaxın çinli turistin Azərbaycana gəlməsi gözlənilir. Bu, böyük rəqəmdir. Ona görə də turistlərin Azərbaycana marağını, əlçatanlığını təmin etmək üçün bir sıra işlər görülməli, mövcud qanun layihəsi qəbul edilməlidir”.

musa-teze

elmira-2

Millət vəkilinin təklifi həmkarı, Xalq yazıçısı Elmira Axundova tərəfindən də dəstəklənib.

O da qeyd edib ki, adıçəkiilən qanun layihəsinin müzakirəsi və qəbulu vacibdir:

“Eyni zamanda, bizdə turistlərin yerləşdirilməsi, onların rahatlığının təmin edilməsi, Azərbaycana marağının artırılması üçün bir sıra addımlar atılmalıdır. Həmkarım Musa müəllim dedi ki, Çindən 200 minə yaxın turist gələcək. Onları yerləşdirmək üçün otellərimiz varmı, çatışırmı? Ona görə turizm sahəsində işlər daha da sürətləndirilməlidir, yeni otellər tikilməlidir, həmçinin, müvafiq qanun layihəsi qəbul edilməlidir”.

“Biz “Turizm haqqında” qanunun üzərində 2015-ci ildən işləyirik, hələ də  ərsəyə gətirə bilməmişik”’.

Bunu isə  millət vəkili Araz Əlizadə bildirib.

A. Əlizadə deyib ki, turizm sahəsində ən böyük problem restoranlarda, yeməkxanalarda qiymətlərin baha olmasıdır:

“Nə qədər turist yaxınlaşır ki,  harada normal qiymətə yemək yemək olar. Düzdür, bizə o qədər də yüksək səviyyəli ərəb turistlər gəlmir. Elə çıxır ki, biz turizmi ancaq ərəblərə tuşlamışıq, ayrı yerdən turistlər lazım deyil. Xeyr, bizə ayrı ölkələrdən turistlər lazımdır. Azərbaycanı bütün dünya tanımalı, mədəniyyətimizi, incəsənətimizi gəlib görməlidirlər”’.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əlilliklə bağlı – YENİ MODEL TƏTBİQ OLUNACAQ – GƏLƏN İLİN YANVARINDAN – YENİLƏNİB

Read Next

Bakıya 10 milyon ayrıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir