“Turistlər daha çox Gürcüstana gedirdilər, indi isə…” – HADİ RƏCƏBLİ

Milli Məclisin (MM)  Əmək və sosial siyasət komitəsinin noyabrın 4-də  keçirilən iclasında “Turizm haqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir ki, qanun layihəsi barədə danışan komitə sədri Hadi Rəcəbli deyib ki,  sənəd yenidən hazırlanıb:

“Azərbaycanın “Turizm haqqında” qanunu var idi, indi isə yenidən hazırlanıb. 2012-ci ildən bu qanun layihəsinin üzərində iş gedir, yeni qanun layihəsi müasir tələblərə cavab verir”.

H.Rəcəbli qeyd edib ki, son illər Azərbaycana turist axını olur:

“Əvvəllər turistlər daha çox Gürcüstana gedirdilər. Prezident İlham Əliyevin turizmlə bağlı addımları bu sahənin dirçəlməsinə səbəb oldu. Bu ilin yayında otellərdə yer tapmaq mümkün deyildi. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi də buna təsir etdi.

Azərbaycanda turizm sahəsi üzrə 141 ölkə ilə müqayisədə 36-cı yeri tutur. Azərbaycana gələn turistlər daha çox 5 ulduzlu otellərə üz tuturlar. Hesab edirəm ki, 3 ulduzlu otelərin də sayı artırılmalıdır, bu, ölkə vətəndaşlarının imkanlarına uyğunlaşdırılmalıdır”.

MM Aparatının şöbə müdiri Adil Vəliyev isə çıxışında deyib ki, turizm sahəsində bələdiyyələrin də rolu artırılmalıdır, bunun üçün də dövlət dəstək verməlidir.

Qeyd edək ki, qanun layihəsi 93 maddə, 8 fəsildən ibarətdir.

Etikxeber.az

Read Previous

“Güclü komandaya qalib gəldik və şanslarımızı artırdıq” – Qurban Qurbanov

Read Next

“Ərəbləri qiyafəsindən, iranlıları çarşablarından…” – HADİ RƏCƏBLİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir