Turizm Agentliyindən fiziki şəxslər və şirkətlərə – XƏBƏRDARLIQ

Dövlət Turizm Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlığını əsas götürərək respublika ərazisində yanvarın 17-18-də hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar turizm fəaliyyəti ilə məşğul olan bütün fiziki şəxslər və şirkətlərə müraciət edib.

Turizm Agentliyindən Etikxeber.az-a bildirilib ki, müraciətdə açıq sahələrdə turistlərə xidmət göstərən turizm agentliklərinə, hotellərə, bələdçilərə, dağ, eko, macəra və digər ekstremal turizm növləri ilə məşğul olan şəxslərə və şirkətlərə əməkdaşlarının və turistlərin təhlükəsizliyini nəzərə alaraq fəaliyyətlərini qeyd olunan tarixlərdə məhdudlaşdırmağı, zəruri hallarda tamamilə dayandırmağı tövsiyə edir.

Həmçinin şiddətli külək, temperaturun anomal gedişi və yolların buz bağlama ehtimalı nəzərə alınaraq ölkədaxili turistik səfərlərin təxirə salınması tövsiyə olunur.

Etikxeber.az

Read Previous

Prezident “SOCAR karbamid”in açılışında – FOTOLAR – YENİLƏNİB

Read Next

İfrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı tibb müəssisələri hazırlıq vəziyyətində – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir