Turizm, ümumi təhsil və təhsil kreditləri ilə bağlı layihələr yenidən gündəmdə

Bu gün Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin daha iki komitəsinin iclası keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, bunlar Əmək və sosial siyasət, o cümlədən, Elm və təhsil komitələridir.

hadi racabli-hadi

Hər iki komitənin iclasında öncə komitələrin 2018-ci ilin payız sessiyasındakı fəaliyyətləri ilə bağlı hesabatlarının və 2019-cu ilin yaz sessiyası ilə bağlı qanunvercilik işləri planının müzakirəsi nəzərdə tutulur.

Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında əsas müzakirə mövzusu olacaq sənədi “Turizm haqqında” yeni qanun layihəsidir.

Komitə bu sənədi yaz sessiyasında müzakirələrə çıxarmağı nəzərdə tutur.

isa-habib

Elm və təhsil komitəsinin əsas müzakirə predmeti isə son payız sessiyasında birinci oxunuşdan keçmiş “Ümumi təhsil haqqında” qanun layihəsinin ikinci və üçüncü oxunuşlarda qəbuludur.

Komitə həmçinin, “Təhsil kreditləri haqqında” qanun layihəsini hazırlayıb yaz sessiyasının müzakirələrinə çıxarmağı nəzərdə tutur.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

2 milyarddan çox insan əlilliyin doğurduğu problemlərdən əziyyət çəkir – DEPUTAT

Read Next

Dünyada internet idarəçiliyi mühitinin yaradılmasına ehtiyac var – NAQİF HƏMZƏYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir