Turizmlə bağlı yeni qanun layihəsinin qanunvericilik işləri planına salınması gözlənilir: “KOMİTƏMİZİN ÜZVLƏRİ POPULİST DEYİLLƏR” – HADİ RƏCƏBLİ – YENİLƏNİB

Bu gün, oktyabrın 18-də Milli Məclisin (MM) 2019-cu il payız sessiyası ilə bağlı parlamentin daha bir  komitəsinin Əmək və sosial siyasət komitəsin iclası öz işinə başlatıb

Etikxeber.az-ın xəbərinə görə, Hadi Rəcəblinin rəhbərlik etdiyi komitənin iclasında öncə adıçəkilən komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında gördüyü işlərin hesabatının, sonra komitənin payız sessiyası ilə bağlı qanunvericilik işləri planının müzakirəsi və təsdiqlənməsi nəzərdə tutulur.

hadi racabli-hadi

İclasda eyni zamanda, uzun müddətdən bəri komitənin gündəmində olan turizmlə bağlı yeni qanun layihəsi ətrafında müzakirələrin açılması, o cümlədən, onun qanunvericilik işləri planına salınması gözlənilir.

***

Komitənin iclasını açan H. Rəcəbli bildirib ki, hesabat dövründə 20-yə yaxın iclas keçirilib,  mövcud qanunlara 100-ə yaxın dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

“Onu da qeyd edim ki, son 4-5 ildə  ölkədə sosial siyasət istiqamətində atılan addımların çoxu bizim komitədə zaman-zaman gündəmə gətirilib, müzakirə edilib. Çox sevindirici haldır ki, bizim fikirlərimiz də dövlət-hökümət rəhbərliyi  səviyyəsində baxılıb, nəzərdən keçirilib, qiymətləndirilib, nəzərə alınıb, icraya tətbiq olunub. Buna görə ölkə rəhbərinə də öz minnətdarlığımızı ifadə edirik.

Eyni zamanda, çox yaxşı haldır ki, bizim komitənin üzvləri populizmlə məşul olmurlar, populist fikirlər söyləmirlər, fantastik çıxışlar etmirlər. Təəssüflər olsun ki, fantastik fikirlər söyləyənlər də var. Amma bizim komitəmizin üzvləri real işlərlə məşğul olur, populist fikirlər səsləndirmirlər…”-deyə, H. Rəcəbli sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Onkologiya Mərkəzə hər gün 1 200 nəfər müraciət edir…” – MİLLƏT VƏKİLİ

Read Next

Deputatların da pensiyasında artım olacaq – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir