“Türk axını” qaz boru kəmərinin icrasına 7 milyard avro investisiya qoyulacaq

“Türk axını” (Turkish Stream) qaz boru kəməri həyata keçirilməsi üçün 7 milyard avro investisiya qoyulacaq.

Etikxeber.az Rusiya Dövlət Dumasının saytına istinadla xəbər verir ki, iki boru kəmərindən ibarət “Türk axını” layihəsinin reallaşdırılması üçün lazım olan investisiya daha əvvəl “Cənub axını” layihəsi çərçivəsində həyata keçirilən xərclər də daxil olmaqla təxminən 7 milyard avro olacaq. Boru kəmərinin sualtı hissəsinin dizaynı, tikintisi və işlənməsi Rusiya tərəfindən həyata keçiriləcək. İlk boru kəmərinin quru hissəsinin inşasını Türkiyə tərəfi icra edəcək. Qaz tranziti üçün olan quru hissəsi üzrə işləri isə tərəflər yarı-yarıya həyata keçirəcək.

“Türk axını”nın Türkiyənin daxili tələbatı üçün istifadə ediləcək olan ilk kəmərinin Rusiya büdcəsinə ildə təxminən 750 milyon dollar gəlir gətirəcək. Digər ölkələrə qaz nəqli üçün istifadə ediləcək ikinci boru kəmərindən əldə ediləcək gəlirlərlə isə başqa xərclərin ödənilməsi gözlənilir.

Qeyd edək ki, dekabrın 16-da Rusiya hökuməti “Türk axını” qaz boru kəməri üzrə müqavilənin təsdiq olunması barədə qanun layihəsini qəbul edib. “Türk axını” müqaviləsinin qəbul olunması üzrə qanun layihəsinin təsdiq edilərək Dövlət Dumasına göndərilməsinə qərar verilib. Rusiya Dövlət Dumasının “Türk axını” qaz boru kəməri ilə bağlı sazişi gələn ilin yanvarında ratifikasiya etməsi nəzərdə tutulur.

Dekabrın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya təbii qazını Qara dənizi keçməklə Türkiyəyə çatdıracaq “Türk axını” qaz boru kəməri layihəsi üzrə iki ölkə arasında imzalanan hökumətlərarası sazişi ratifikasiya edib.

“Türk axını” ilə Rusiya təbii qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

“Daha nə qədər qadın, ana qətl edilməlidir ki, bu barədə “SOS” duyulsun?” – DEPUTAT

Read Next

Leyla Əliyeva Rəssamlıq Akademiyası və Milli Onkologiya Mərkəzində olub -FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir