“Türk Dövlətləri Təşkilatını dünya çapında güc mərkəzinə çevirməliyik”-AZƏRBAYCAN PREZİDENTİ

Türk Dövlətləri Təşkilatının gələcək inkişafına dair mənim baxışlarım tamamilə aydındır. Əminəm ki, bu təşkilatın çox böyük gələcəyi var.

Etikxeber.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Təşkilatı daha da yüksək səviyyəyə qaldırmaq üçün ortaq səylərin lazım olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:

“Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya çapında güc mərkəzinə çevirməliyik. Bu gün bir neçə beynəlxalq təşkilat var, bəziləri böhran içində, bəziləri tənəzzüldə, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdə”

Read Previous

“Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (6)

Read Next

Orden haqqı hələ də tanınmayan, evin-ailənin tək, subay və ali təhsilli oğlu-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ALI NOFƏL OĞLU HƏSƏNLİ…ŞƏHİDİN ORDEN HAQQI NƏ VAXT TANINACAQ? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir