“Türk media qrumlarından birinə verdiyim açıqlamamda texniki səhv olub, şəhidlərin sayı yanlış bildirilib…”-ARZU NAĞIYEV

Dünən şəhidlərimizin sayı 11 olub, bu gün daha 1 şəhid verdik, 2 nəfər mülki vətəndaşımız da müharibə şəraiti ilə bağlı dünyasını dəyişib…Türk media qrumlarından birinə verdiyim açıqlamamda texniki səhv olub, şəhidlərin sayı yanlış bildirilib.

Etikxeber.az-ın xəbərinə görə, bunu Tovuzu parlamentdə təmsil edən millət vəkili Arzu Nağıyev qeyd edib.

“Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Əsas məqam odur ki, Azərbaycan Ordusu ərazidə nəzarəti tam şəkildə ələ alıb, erməni hərbçilərinin təxribatının qarşısı tam alınıb.Qəhrəmancasına həlak olan bir neçə şəhidin dəfn mərasimində iştirak etdim, onların fədakarlıqları heç zaman unudlmayacaq: Azərbaycan Ordusu yüksək peşəkarlıqla öz işini görür, ordu rəhbərliyi, istərsə də sakinlər mütəşəkkildirlər, bu istiqamətdə lazımi tədbirlər görülür,erməni təxribatlarının qarşısı qətiyyətlə alınır. Vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Buna məcburuq, sərtləşdirilmiş karantin rejiminin daha iki həftəlik uzadılmasını nəzərdə tutmuşuq…”-PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir