Türkiyə Ordusu daha bir şəhid verdi, iki əsgər yaralandı- Şəhidlərin sayı 34-ə, yaralıların sayı 33-ə yüksəldi- TSQ ƏSƏD ORDUSUNA AĞIR ZƏRBƏLƏR ENDİRİR – (11)

İdlibdə 9 əsgərimiz şəhid olub, ağır yaralılarımız var.

Etikxeber.az-ın xəbərinə görə, bunu TRT Habere açıqlamasında (canlı yayında) Hatay valisi Rahmi Doğan deyib.

O, qeyd edib ki, Rusiyanın və İranın açıq şəkildə dəstəklədiyi Əsəd rejiminin silahlı birləşmələri tərəfindən İdlibdə Türkiyə Ordusunun hərbçiləri, əsgərləri hava hücumuna məruz qalıb.

“Yaralılarımız da çoxdur. Onları Hatay Dövlət Xəstəxasına yerləşdirmişik…“-deyə, R. Doğan əlavə edib.

Onu da qeyd edək ki, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə “Beştəpə Külliyyəsi”ndə təcili toplantı keçirilir.

Eyni zamanda, “ana müxalifət” partiyası-CHP-nın təcili toplantısının keçirilməsi gözlənilir.

***

Son məlumata görə, bir az öncə Ərdoğanla “İYİ Parti”nin lideri Meral Akşənərin telefon danışığının olduğu bildirilir.

Məlumat “İyi Parti” tərəfindən də təsdiqlənib.

Qeyd edilib ki, İdlibdəki son vəziyyətlə bağlı xanım Akşənər Balıkəsir səfərini yarımçıq qoyaraq, Ankaraya qayıdır…

Həmçinin, MHP lideri Dövlət Baxçalının partiyasının qərargahına gəldiyi, təşkilat rəsmiləri ilə toplantı keçirdiyi, İdlibdə yaranmış son kritik durumu yaxından izlədiyi və Türkiyə rəhbərliyinə dəstəyini verdiyi qeyd olunur.

Bununla belə, Baxçalı ilə Ərdoğan arasında yaxın saatlarda telefon görüşməsinin olacağı da gözlənilir.

***

Hatay valisinin son verdiyi məlumata görə, şəhidlərin sayı 22-yə yüksəlib, yenə də xeyli yaralılar var…

***

Reuters-in son xəbərinə görə isə Türkiyə rəhbərliyi suriyalı qaçqınların-miqrantların Avropaya köçünün qarşısının alınmaması ilə bağlı qərar qəbul edib.

***

CXP-nin genəl başqanı Kamal Kılıcdaroğlu, İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyə başqanı Mansur Yavaş da başsağlığı veriblər.

***

“Qəhrəman əsgərlərimizin qanı yerdə qalmayacaq”.

Bunu da öz növbəsində Türkiyәnin Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun bildirib.

***

“Ağır yaralı əsgərlərimizdən 7-si dünyasını dəyişdi. Şəhidlərimizin sayı 29-a yükəldi. Hazırda yaralılarımızın sayı 36 nəfərdir”.

Bunu bir az öncə Hatay valisi R. Doğan növbəti açıqlamasında dilə gətirib.

***

Hatay valisinin verdiyi növbəti məlumata görə, şəhidlərin sayı 33-ə yüksəlib, ağır yaralıların sayı isə 32 nəfərdir.

***

Bununla yanaşı, milli müdafiə naziri Hulusi Akar və yüksək rütbəli hərbçilər, generallar hazırda Hataydadırlar, vəziyyətə, əməliyyata oradan nəzarət edirlər.

Türk Ordusu dayanmadan İdlibdəki Əsəd ordusunun nöqtələrini vurur.

***

Gecə CXP-nin fövqəladə toplantısı keçirilib.

CXP İdlibdəki vəziyyətlə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) qapalı toplantısının keçirilməsini təklif edib.

***

Son məlumata görə, Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Əsəd ordusunun 55 tankı, 3 helikopteri, 12 zirehli araçı və 29 obüsü məhv edilib.

***

Martın 3-də TBMM-də qapalı toplantı keçiriləcək.

Toplantıda hakim AKP adından milli müdafiə naziri Hulusi Akar çıxış edəcək.

***

Türkiyə ordusu İblibdə ağır döyüşlər zamanı daha bir itki verib.

Top atəşindən daha bir Türk əsgəri şəhid olub, iki əsgər isə ağır yaralanıb.

Bununla yanaşı, TSQ Əsəd rejiminin ordusuna ağır zərbələr endirməkdə davam edir…

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır…

Read Next

Daha bir müxalifətçi-İLQAR MƏMMƏDOV PA-NIN RƏSMİSİ İLƏ GÖRÜŞDÜ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir