Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyəli deputat seriallardan və dizilərdən şikayətləndi
Bilirik ki, Türkiyədə çəkilən seriallar, dizilər həm Avropada, həm də Asiyada, xüsusilə,Orta Asiyada ciddi təsirə malikdir. Bu məkanlarda türk serial və dizilərinə böyük maraq var. Bəzən də bu maraq başqa xoşagəlməz nəticələrə gətirib çıxarır.
Etikxeber.az xəbər verir ki, bunu parlamentdə keçirilən beynəlxalq konsfransda Türkiyədən olan HDP-li deputat Hüda Kaya deyib.
O, bildirib ki, həmin seriallarda bəzən qadın cinayətləri, qadınlara qarşı şiddət təşviq olunur.
“Biz öz ailə üzvlərimizlə-övladlarımızla, yaxınlarımızla birlikdə həmin serialları, diziləri izləyirik və bunlar da nəticə etibarı ilə beyinlərə, şüurlara ciddi təsir göstərir. Xüsusilə, qadınlarla bağlı cinayət və şiddət səhnələri daha çox təsirlərə malik olur. Yəni, bunlar bəzi hallarda təşviqə gətirib çıxarır. Ona görə belə məsələlərdə çox həssas olmalıyıq”-deyə, türkiyəli parlamentari bildirib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az