Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək

Dekabrın 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan 50-dən çox nümayəndə iştirak edəcək.

Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin iqtisadiyyat üzrə işçi qrupunun hesabatı dinləniləcək, türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

Etikxeber.az

Read Previous

“Ferrari” yeni maşınını təqdim edəcəyi vaxtı açıqladı

Read Next

Karlos Tevez karyerasını Çində davam etdirəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir