Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü – BAŞLAYIR…

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ)  VII Zirvə görüşü keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, Zirvə görüşündə  TDƏŞ-in üzvü olan ölkələrin dövlət və hökumət başçıları iştirak edəcəklər.

Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, eləcə də, Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev,  Macarıstanın baş naziri Viktor Orban və Özbəkistan prezidenti Şavkat Mirziyoyev TDƏŞ-in növbəti Zirvə görüşünə qatılacaqlar.

sam yemek

Azərbaycanın, rəsmi Bakının ev sahibliyi edəcək Zirvədə Özbəksistanın TDƏŞ-ə üzvlüyü məsələsinə baxılacaq və onun sözügedən quruma üzvlüyü rəsmiləşdiriləcək, eyni zamanda, TDƏŞ-in fəxri sədri N. Nazarbayev adıçəkilən təşkilat  tərəfindən ödülləndiriləcək.

Zirvədə digər məsələlərin də müzakirəsi gözlənilir.

Zirvə görüşü bu gün başa çatacaq.

Etikxeber.az

Read Previous

AVRO-2020-nin seçmə mərhələsi-VIII turun ikinci oyun günü – UKRAYNA SEVİNCLİ – NƏTİCƏLƏR

Read Next

AVRO-2020-nin seçmə mərhələsində VIII tur başa çatacaq – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir