“Türkiyə cəmiyyətini tam rahat buraxın! Dəyişən bir şey olmayacaq” – DEPUTAT

“Son vaxtlar Türkiyədəki evlilik proqramlarına, “O səs Türkiyə” yarışına, mankenlər dəfiləsinə Azərbaycandan qatılanların sayı xeyli artıb. Virtual aləmdən aldığım təəssürat budur ki, 1919-cu ilin 3 Qasım Türkiyədəki Cumhurbaşqanlıq seçkilərində Yüksək Seçim Qurulu bir də gözünü açıb görəcək ki, Cumhurbaşqanlığına Azərbaycandan xeyli aday qatılmaq istəyir. “Nə haber?”- deyə, sorduqlarında, “Türkiyə bizim də məmləkət, nədən olmasın?” deyə cavablar gələcək”.

Etikxeber.az xəbər verir ki, bunu deputat, BQP başqanı Fazil Mustafa dilə gətirib.

Onun deyib ki, millət Atatürkü də, Ərdoğanı da, Kılıcdaroğlunu da rahat buraxın! Hələ Türkiyə cəmiyyətini tam rahat buraxın! Dəyişən bir şey olmayacaq.

“Əsas odur ki, mülkiyyət münasibətlərində heç bir dəyişiklik baş vermir. İdarəetmənin formasının dəyişməsi o cəmiyyət üçün ciddi struktur və həyat tərzinin dəyişməsi anlamına gəlmir. Bakıdan onların maraqlarını, mənafelərini öz mühakimənizlə müəyyənləşdirməyə çalışmayın. Orada ayıq və ağıllı insanlar qat-qat çoxdur, xeyirlərinə olmazsa boşuna hansısa qərarı verməzlər.

“Türkiyəmizə xeyirli olsun!” deyib keçin və başınızı qaldırıb bir az yuxarıya, yəni Rusiyaya baxın! Orada iqtidara kim gəlir, bizə münasibəti necə olacaq, ermənilərə sevgiləri dərinləşib-dərinləşməyəcək kimi məsələlərlə düşüncənizi məşğul edin! Çünki, Türkiyə prezidentli respublika da olsa, parlamentli respublika da olsa, bizimlə qardaşlıq münasibətlərini eyni qaydada davam etdirəcək”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Daha kimsə Türkiyəni incidə bilməyəcək…” – DEPUTATIN YAZISI

Read Next

“Türkiyənin uğuru bizim uğurumuzdur, sevinci bizim sevincimizdir” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir