“Türkiyə hər zaman yanımızda oldu…Biz Türkük!”-deyən Şəhid Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova bu sözləri-SUMQAYIT ŞƏHİDLƏRİ İLƏ BAĞLI TƏŞKİL EDİLƏN ANIM GÜNÜ TƏDBİRİNDƏ BƏYAN ETDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün-30 sentyabr 2026-cı il tarixində Sumqayıtlı Aprel döyüşləri, İkinci Vətən Müharibəsi, “Qisas” və Antiterror əməliyytaları Şəhidlərinin ümumi Anım Günü tədbiri keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdən öncə-saat 10:30 radələrində Sumqayıt Şəhidlər Xiyabanında Sumqayıtlı Şəhid valideynləri, Şəhid ailələri tərəfindən Şəhidlərin məzarları ziyarət olunub.

Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar olunub, “Quran” oxunub.

Ziyarətin sonunda xatirə fotoları çəkdirilib.

Ziyarətdən sonra Sumqayıt şəhərində yerləşən De Luxe Hall şadlıq sarayında Anım Günü təbdiri-məclisi keçirilib.

Tək və subay övlad, İkinci Vətən Müharibəsi Şəhidi Adulla Əhmədovun atası-şair Əhməd (Hacı Əhməd) Əhmədovun aparıcılıq etdiyi məclisdə əvvəlcə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra məclisdə-Anım Günü tədbirində çıxışlar başlayıb.

Şəhid atası Hacı Əhməd Əhmədov, Şəhid Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova, Şəhid Əlizamin Mustafalının anası Ülviyyə Nəbiyeva, Şəhid Səbuhi Həsənquliyevin anası-şair Maisə Həsənquliyeva çıxış ediblər.

Polad Həşimovun anası Səmayə xanım məhz Azərbaycan Oğullarının-Şəhidlərin sayəsində 30 illi işğala, 30 illik yurd həsrətinə son qoyulduğunu bildirib.

Onun sözlərinə görə, 30 ilə yaxın müddət ərzində beynəlxalq vasitəçilər, həmsədrlər Azərbaycana, bu bölgəyə ancaq turist kimi, yeyib-içmək üçün səfər ediblər.

“Həmin pullara təzə bir Bakı salmaq olardı…Amma Azərbaycan Oğulları-Şəhidlərimiz özləri öz qanları, canları hesabına 30 illik işğala, həsrət son qoydular…Hər birinin ruhu qarşısında bir Ana kimi baş əyirəm!…”-deyə, o, bildirib.

Səmayə xanım eyni zamanda, “iki dövlət-bir millət” olanAzərbaycan-Türkiyə münasibətlərinə toxunaraq bildirib ki, qardaş ölkə hər zaman, xüsusilə, İkinci Vətən Müharibəsində birmənalı şəkildə Azərbaycanın yanında oldu, öz dəstəyini göstərdi.

“Biz Türkük! Biz dost və qardaşıq! Yaşasın, Azərbaycan! Yaşasın, Türkiyə!”-deyə, Şəhid anası sözlərinə əlavə edib.

Hacı Əhməd Əhmədov, Ülviyyə Nəbiyeva və Maisə Həsənquliyeva isə çıxış etməklə bərabər, həm də öz yazdıqları, Şəhidlərə, Vətənə həsr etdikləri şeirləri səsləndiriblər.

Şəhid atası Hacı Əhməd Əhmədovun dediklərindən:

“Hər kəs bilir ki, mən tək oğlumu, tək övladımı Şəhid vermişəm…Abdulla Şəhid olan gün ikimiz də-Validə də, mən də evdəydik…Divanda oturmuşduq…Birdən Hərbi Prokurorluqdan zəng gəldi…Zəngdən sonra bircə onu dedim ki, Validə, Abdulla öldü, Şəhid oldu…Elə o gündən biz də ölü kimiyik…”

Onu da qeyd edək ki, məclisdə zaman-zaman kövrək, təsirli, kədərli anlar yaşanıb.

Məclis iştirakçıları-Şəhid ailələri göz yaşlarına hakim ola bilməyiblər.

Məclisin sonunda Şəhidlərin adına ehsan verilib, bir daha ruhlarına dualar olunub.

Ümumilikdə tədbir 3 saatdan çox davam edib.

16:56

***

FOTOLAR:

17:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidləri Elzamin Təhməzov və Xəqani Nəsirovun-BU GÜN ANIM GÜNLƏRİDİR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Bu gün-1 oktyabrda Anım və Şəhadət Günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-MEHMAN QƏMBƏROV, ƏSƏD HƏSƏNOV, RAMAL MƏMMƏDOV, TURAL ABDULLAYEV, ZİYADXAN ƏLİYEV, SƏBUHİ MƏMMƏDOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir