Türkiyə kimsənin gözünə, işarəsinə baxmır – ƏRDOĞANDAN NÖVBƏTİ ANONS – FOTO

Yeni-yeni hədəflərə doğru irəliləmənin hazırlığı gedir.Yeni hədəfləri davamlı olaraq hər an eşidə bilərsiiniz.

Etikxeber.az-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda 80 məktəb və 59 idman məktəbinin açılış mərasimində bildirib.

erdogan-basaksehir-dha_16_9_1522665169

“Bu gün Türkiyə terror qruplaşmalarını sərhədlərdən kənarda tapıb ən dərin nöqtələrinə qədər girir. Onlar qaçır, biz qovuruq” – deyən, Ərdoğanın sözlərinə görə, ümumiyyətlə, Türkiyə kimsədən icazə gözləmir, kimsənin gözünə, işarəsinə baxmır.

“Terrorçular Afrinə (Suriya), Sincara (İraq) qaçdılar. Bağdada xüsusi olaraq söylədik: “Siz həll edəcəksiniz, həll edin, yoxsa gəlib həll edəcəyik”. Bütün bunlar üçün kimsədən icazə gözləmirik. Kimsənin gözünə, ağzına da baxmırıq. Ötən gün axşam Afrinə ən yaxın nöqtədəydik. Əsgərlərimizlə iç-içə olduq. Rəsmi protokolu bir kənara qoyduq, hər kəsə sərbəstlik verildi. Yəni, gözəl bir görüşümz oldu. Yeni-yeni hədəflərə doğru irəliləmənin hazırlığı gedir. Yeni hədəfləri davamlı olaraq hər an eşidə bilərsiiniz” – deyə, Ərdoğan sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

MƏN MÜBARİZ, SƏBRLİ İNSANAM! – Adil Əliyev yazdı

Read Next

Balkanlarda Azərbaycanı müdafiə edən siyasətçi hədələnir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir