Türkiyə millisi “İslamiada”da su polosu yarışlarının qalibi olub – FOTO

Mayın 17-də IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışları başa çatıb.

Etikxeber.az xəbər verir ki, yarışların finalında Türkiyə və İran yığmaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 9:9 hesablı heç-heçə ilə nəticələnib. Qalib müəyyənləşmədiyi üçün hər iki komandanın oyunlarda qazandıqları xallar hesablanıb. Toplanan xallar əsasında Türkiyə millisi İslamiadanın su polosu yarışının qalibi elan olunub.

Bürünc medal uğrunda görüşdə isə Azərbaycan və Səudiyyə Ərəbistanı yığma komandaları qarşılaşıblar. Oyun 11:7 hesabı ilə Səudiyyə Ərəbistanı yığmasının üstünlüyü ilə başa çatıb. Beləliklə, Səudiyyə Ərəbistanı yığması İslamiadanın bürünc medalına sahib olub.

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Medalları mükafatçılara İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz Əl-Nassar təqdim edib.

Etikxeber.az

Read Previous

Cocuq Mərcanlıda 1504 qəlpə, 26 partlamamış hərbi sursat aşkarlandı – FOTO

Read Next

Prezident İsayevə və Hərçəqaniyə medalını təqim etdi – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir