Türkiyə ordusu Suriyanın Əl-Bab bölgəsində İŞİD terrorçularına sarsıdıcı zərbə endirdi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində İŞİD terror təşkilatına məxsus 140 hədəf bombalanıb. Bombardman nəticəsində 12 terrorçu məhv edilib.

Etikxeber.az bildir ki, Türkiyə KİV-lərinin məlumatına görə, Əl-Bab və Bzagah bölgələrindəki sonuncu əməliyyatlarda terrorçuların 6 müdafiə barrikadası və silah anbarı dağıdılıb. Bundan başqa, 53 bomba ələ keçirilib, 2161 yerdə quraşdırılmış partlayıcı maddə, o cümlədən 42 mina zərərsizləşdirilib.

Qardaş ölkə rəsmiləri, o cümlədən siyasi partiyaların rəhbərləri bəyan ediblər ki, Əl-Babın terrorçulardan təmizlənməsi Türkiyənin təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Odur ki, Türkiyə tərəfi Əl-Bab bölgəsinin terrorçulardan tamamilə təmizlənməsində israrlıdır.

Etikxeber.az

Read Previous

“Qanuni oğru” Rafiq Eyvazov Türkiyədə döyüldü – FOTO

Read Next

Netanyahu Obamadan incidi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir