Türkiyə qədər heç bir ölkə terror təhlükəsinə məruz qalmayıb – NATO-DAN ETİRAF

Heç bir NATO ölkəsi Türkiyə qədər terror təhlükəsinə məruz qalmayıb.

Etikxeber.az xəbər verir ki, bunu bu gün Türkiyəyə səfər edən NATO baş katibi Yens Stoltenberq deyib.

Qeyd edək ki, NATO baş katibi öncə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

NATO

Görüşdən sonra keçirilən mətbuat konfransında Y. Stoltenberq Türkiyənin 3 milyon qaçqına ev sahibliyi etdiyini də qeyd edib.
Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə bağlı NATO-nu davamlı məlumatlandırdığını söyləyən Y. Stoltenberq Türkiyənin bu əməliyyat zamanı şəffaf davrandığını vurğulayıb.

ABŞ-ın Böyük Britaniya və Fransa ilə birgə Suriyada bir sıra hərbi obyektlərə zərbə endirməsinə toxunan NATO baş katibi deyib ki, kimyəvi silahlardan istifadə edilən zaman səssiz qala bilməzlər və ABŞ-ın Böyük Britaniya və Fransa ilə birgə atdığı addım da buna cavab olub.

Etikxeber.az

Read Previous

Nöqsansızlıq, problemsizlik mümkünsüzdür – AMAŞOV ETİRAZ ETDİ VƏ YAZDI

Read Next

“İlham Əliyev 14 il müddətinə prezident seçiləcək” – YAP-ÇI DEPUTAT – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir