Türkiyə şirkəti istilik avadanlıqlarının 30 faizini Azərbaycana ixrac edir

“Baku Build” XXII Beynəlxalq inşaat sərgisində iştirak edən Türkiyənin “Ecostar” şirkəti Azərbaycana istilik və buxar avadanlıqları ixrac edir.

Etikxeber.az xəbər verir ki, şirkətin meneceri İbrahim Uğur AZƏRTAC-a müsahibəsində deyib ki, “Ecostar”ın istehsal etdiyi məhsulların təqribən 30 faizi məhz Azərbaycanın payına düşür. Onun sözlərinə görə, respublikamızda, həmçinin şirkətin servis mərkəzi də fəaliyyət göstərir.

İ.Uğur qeyd edib ki, istilik avadanlıqlarına tələbatı nəzərə alaraq, gələcəkdə Azərbaycanda şirkətin zavodunun da açılması mümkündür.

Etikxeber.az

Read Previous

Aramsız yağan yağışlar nəticəsində Kürdə suyun səviyyəsi qalxıb

Read Next

Maduro gəldi – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir