“Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək”-AZƏRBAYCAN PREZİDENTİ BƏYAN ETDİ

Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək.

Etikxeber.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən mərhum Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib:

“Əminəm ki, Azərbaycanla Türkiyə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. İstər bu hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və sair sahələr olsun”.

Etikxeber.az

Read Previous

“İlqar böyük oğlum, 7 ayın Əsgəri idi…1992-ci ilin noyabrında, cəmi 19 yaşında da Şəhid oldu…”-BƏRDƏLİ BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ İLQAR ABBASOVUN ANASI SÜRƏYYA ABBASOVA – FOTOLAR

Read Next

“ABŞ bölgədə sülh və sabitliyin təmin olunmasında, sülh sazişi üzrə danışıqların uğurla nəticələnməsində maraqlıdır”-ABŞ PREZİDENTİNİN MÜŞAVİRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir