“Türkiyə və Azərbaycan bundan sonra da bir olacaq” – ÖZORAL

Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.

Etikxeber.az xəbər verir ki, bu fikri AZƏRTAC-a  Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyib.

“Türkiyə və Azərbaycan tarix boyunca bir olub, bundan sonra da bir olacaq.

Biz bir millət, iki dövlətik. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Azərbaycan torpaqlarında həyata keçirdiyi əməliyyatlar nəticəsində Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir.

101 illik tarixi olan bu hadisə Azərbaycan üçün yeni üfüqlər açıb. Bakının azad olunmasında Azərbaycana göstərilən dəstək Türkiyənin qürur mənbəyidir” – deyə, səfir E. Özoral qeyd edib.

Etikxeber.az

Read Previous

Yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir – SABAH

Read Next

“İndi mənim Nizami muzeyində hər gün qalxdığım pillələrlə…” – AKADEMİK 15 SENTYABR ZƏFƏRİNDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir