Türkiyə qan içində – İstanbul terraktında ölənlərin sayı 44-ə çatdı – FOTO – YENİLƏNİB

Türkiyənin İstanbul şəhərinin  mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında  iki partlayış partlayış törədilib

Partlayış nəticəsində 27-si polis əməkdaşı olmaqla, 29 nəfər ölüb, yaralananların sayı isə 166 nəfərə çatıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə “Anadolu” Türkiyə  DİN rəhbəri Süleyman Soyluya istinadən məlumat yayıb. Onun sözlərinə görə, birinci partlayış “Vodafon Arena” stadionunun çıxışı  yaxınlığında, polisin toplanma yerində Bakı vaxtı ilə saat 23.29-da  baş verib. Partlayış avtomobilə quraşdırılmış,  məsafədən idarə olunan partladıcı qurğunun işə salınması vasitəsi ilə törədilib. Bundan 45 saniyə sonra terrorçu-kamikadze Maçka parkı ərazisində üzərindəki partladıcı qurğunu işə salmaqla ikinci partlayışı  törədib.

***

İstanbulun Beşiktaş rayonunda baş vermiş terror hadisəsi zamanı ölənlərin sayı 38 nəfərə çatıb.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

S. Soylu deyib ki, şəhid olanlardan 31-I polis əməkdaşıdır. O, ölənlərdən birinin kimliyinin hələlik müəyyənləşmədiyini də qeyd edib.

Nazir qeyd edib ki, hazırda xəstəxanalarda 155 yaralı var, onlardan 14-nün vəziyyəti ağırdır.

S. Soylu hazırda 13 nəfərin şübhəli şəxs qismində saxlanıldığını da vurğulayıb: “İndiyə qədərki araşdırmalar hadisəni PKK terror təşkilatının törətdiyini göstərir”.

Nazir bu gün şəhid polislərdən bir neçəsinin dəfn mərasiminin keçiriləcəyini də qeyd edib.

***

Dekabr 10-da Türkiyənin İstanbul şəhərində törədilmiş terror aktları nəticəsində ölənlərin sayı 44-ə çatıb.

Türkiyə informasiya agentliklərinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ açıqlayıb.

O, bildirib ki, ölənlərdən 36-sı polis əməkdaşı, 8-i isə mülki vətəndaşdır. Yaralanan 140-dan çox insan xəstəxanalarda müalicə olunur.

Xatırladaq ki, terror dekabrın 10-da İstanbuldakı “Vodafone Arena” stadionunun ətrafında baş verib. Terror aktının “Chevrolet” markalı avtomobillə törədildiyi bildirilir. Baş nazirin müavini, hökumət sözçüsü Numan Kurtulmuş terrorçuların 300-400 kq partlayıcı maddədən istifadə etdiyini söyləyib.

istanbul-2

Etikxeber.az

Read Previous

Düşmənə məxsus PUA məhv edildi – FOTOLAR

Read Next

Səhiyyə Nazirliyi: 31 nəfər qidadan zəhərlənib, 1 nəfər ölüb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir