Türkiyədə 11 milyon ağac, həmçinin – “SABUN” AĞACI ƏKİLƏCƏK

Bu gün Türkiyədə- 11-də yerli vaxtla saat 11.11-də “Gələcəyə nəfəs ol” kampaniyası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, kampaniya çərçivəsində ölkənin hər bölgəsi daxil olmaqla ümumilikdə 11 milyon ağac əkiləcək.

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən verilən məlumatda qeyd olunur, internet vasitəsilə əkilməsi üçün əhaliyə artıq 13.5 milyondan çox ting paylanıb.

Tinglər əsasən məktəb, uşaq bağçaları, xəstəxana kimi əhalinin daha çox istifadə etdiyi müəssisələrin həyətlərində əkiləcək.

Əkilən ağac növləri arasında yeni-“sabun” ağacı da olacaq.

Ağacın toxumları (tingləri) Hindistandan gətirilib.

Sabun və şampunun hazırlanmasında istifadə edilən “sabun” ağacı Türkiyənin Qaradəniz və Şərqi  Akdəniz bölgələrində əkiləcək.

Qeyd edək ki,  ümumilikdə ağacəkmə kampaniyasının Ginnesin Rekordlar Kitabına daxil edilməsi gözlənilir.

Etikxeber.az

Read Previous

Sabah parlamentdə büdcə müzakirələri başlayır – EYYUBOV DA İŞTİRAK EDƏCƏKMİ?

Read Next

PJB-dən Dövlət Bayrağı Günü ilə bağlı növbəti – MÖHTƏŞƏM AKSİYA VƏ BƏRDƏ XƏYALQIRIQLIĞI – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir