Türkiyədə bələdiyyə seçkiləri: CXP ÖNDƏ GEDİR – YENİLƏNİB – (4)

Türkiyədə bələdiyyə seçkiləridir.

Etikxeber.az xəbər verir ki, Türkiyə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, səsvermədə 61,4 milyon seçici iştirak edəcək.

Ölkənin əsas hissəsində seçkilər yerli saatla 08:00-da başlayıb 17:00-da başa çatacaq.

Türkiyə MSK-nın qərarına əsasən, səsvermə cədvəlində dəyişikliklər Ramazan ayının özəllikləri nəzərə alınaraq edilib.

Bu dəyişiklər 81 vilayətdən 32-nə aiddir.

Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, seçkilərin təhlükəsizliyini 600 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı, eləcə də könüllülər təmin edir.

09:00

***

Artıq yerli vaxtla səsvermə prosesi başlayıb.

09:02

***

Ana müxalifət partiyasının-Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Özgür Özəl artıq səsvermə hüququndan istifadə edib.

O, anadan olduğu Manisa şəhərində səs verib.

Eyni zamanda, media mənsubları qarşısında açıqlama ilə çıxış edib.

11:39

***

İyi Partinin genel başqanı Meral Akşənər isə Ankara şəhərində səsvermə hüququndan istifadə edib.

11:45

***

Türkiyədə bələdiyyə (yerli hakimiyyət orqanları) seçkilərində səsvermə başa çatıb.

Seçki prosesi yerli vaxtla saat 08:00-da (ölkənin şərqindəki 32 vilayətdə saat 07:00-dan etibarən) başlayıb.

Seçkilər çərçivəsində ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparıb. Səsvermə nəticəsində 81 il (vilayət), 973 rayon və 390 qəsəbənin bələdiyyə sədri, həmçinin 50 min 336 muxtar seçiləcək.

Səsvermə prosesi yerli vaxtla saat 17.00-da, Türkiyənin şərqindəki 32 vilayətdə isə yerli vaxtla saat 16.00-da başa çatıb.

Bundan əlavə, media tərəfindən seçkilərin nəticələrinə dair proqnozların açıqlanması yerli vaxtla saat 18.00-a qədər qadağan olunub. Saat 18:00 – 21:00 arasında isə yalnız Ali Seçki Şurası (YSK) tərəfindən paylaşılan xəbərlər mediada dərc edilə bilər.

Saat 21:00-dan sonra bütün yayımlar sərbəst olacaq.

Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib ki, bəzi olaylar istisna ilə, seçkilər problemsiz başa çatıb. O, həmin olaylarda həyatını itirənlərə rəhmət, yaralılara şəfa diləyib. Eyni zamanda səslərin sayılması prosesinin davam etdiyini, səsvermənin nəticələri ilə bağlı məlumatların anlıq olaraq partiyalara ötürüldüyünü söyləyib.

Ahmet Yener MSK-nın toplaşacağını, mediada yayım qadağasının nə zaman qaldırılmasına dair məsələnin müzakirə olunacağını da bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə paylaşımında artıq səslərə sahib çıxma zamanı olduğunu vurğulayıb.

***

Bir az öncə seçki yasaqları aradan qaldırılıb.

Seçiklərin ilkin nəticələri açıqlanıb.

Ölkə üzrə CHP öncə gedir.

Etikxeber.az

Read Previous

8 medallı keçmiş Xüsusi Təyinatlı, əlillik, Qazilik Haqqı tapdalanan Pərvin Hüseynov yendən ölkə rəhbərliyinə müraciət etdi: “ƏLİLLİK VƏ ORDEN HAQQIMIN TANINMASINA KÖMƏKLİK GÖSTƏRMƏYİNİZİ İSTƏYİRƏM”

Read Next

Şəhid Milli Qəhrəman Şükür Həmidovun Cənnətdəki dördüncü doğum günüdür-BU GÜN 49 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir