Türkiyədə “Bir millət, iki dövlət” adlı sənət gecəsi… – FOTOLAR

Türkiyənin İstanbul şəhərində “Bir millət, iki dövlət” adlı sənət gecəsi keçirilib.

Etikxeber.az xəbər verir ki, gecədə Azərbaycan və Türkiyədən seçilmiş simaları iştirak ediblər.

Gecədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

Türkiyə Cümhuriyyətinin 95-ci, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təşkil edilən tədbirdə “İpekyolu” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy çıxış edərək təşkil olunan təntənəli gecənin Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib:

“Biz heç zaman Azərbaycanı özümüzdən ayırmadıq. Həm yaxşı günündə, həm də pis günündə qardaş ölkənin yanında olmağa çalışdıq. Doğrudur, coğrafi mənada aramızda sərhədlər var, ancaq biz eyni millətik, eyni tarixə və mədəniyyətə malikik. Türkiyə və Azərbaycan qardaşlığı hər zaman dünyaya bir örnəkdir. Azərbaycana sevgi ürəyimizdə uşaqlıqdan yaranıb. Mən də Azərbaycan türküyəm və bununla qürur duyuram. Bu gecəni təşkil etməklə, “Bir millət, iki dövlət” ruhunun yaşadılmasına töhfə verməyə çalışdıq”.

sanat

Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı  çıxışında Türkiyəni hər bir türkün sinəsində döyünən ürək adlandırıb: “Biz bir-birimizin yolunda şəhid olduq. Onların ruhu bizim aramızda bir körpüdür. Həmin körpülərdən birinin təməli məhz bu gecədə atılır. Yavuz Bakiler deyirdi ki, Azərbaycan ürəyimdə şah damardır. Ancaq o ürək olmasa, onun içində şah damar da olmaz. Türkiyə bizlər – Türkiyədən kənarda yaşayan türklər üçün sinədə döyünən ürəkdir”.

Azərbaycan Milli Məclisinin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə çıxışında əsas diqqəti türk xalqlarının dövlət qurmaq təcrübəsinə yönəldib:

“Dövlət qurmaq hər xalqın bir istedadıdır. Dünyada beş mindən çox xalq olsa da, onlardan cəmi iki yüzünün dövləti var. Dünya tarixində ilk dövlətlərin tarixi beş-altı min il əvvələ gedir. Altı min il əvvəl bizim dövlətimiz var idi. Eyni zamanda, latınların, midiyalıların və digərlərinin də dövləti vardı. Onlar bu gün yoxdur, ancaq biz varıq. Yəni beş min il əvvəl də dövlətimiz vardı, indi də var və gələcəkdə də olacaq”.

Azərbaycanlı sənətçilər Flora Kərimova, Fidan Hacıyeva, Elçin Cəfərov, Rövşən Civişov, Maarif Mustafayevin möhtəşəm ifaları ilə davam edən gecədə Gülnarə Xəlilovanın təqdimatında Azərbaycan milli geyimləri nümayiş olunub.

Təntənəli gecənin yekununda azərbaycanlı sənətçilərə fəxri diplomlar təqdim edilib.

Tədbir barədə təəssüratlarını bölüşən Xalq artisti Fidan Hacıyeva deyib:

“Azərbaycan və Türkiyə qardaşlığına həsr olunan belə bir möhtəşəm gecədə iştirakdan məmnunam. Gecədə Ü.Hacıbəylinin “Sevgili canan”, “Gözəlim, yar gözəlim”, sözləri Vahid Əzizə, musiqisi Eldar Həsənova məxsus “Vətənimdir” mahnısını ifa etmişəm. Belə bir möhtəşəm tədbirdə fəxri diplomla təltif olunmağımdan sevincliyəm və təşkilatçılara təşəkkürümü bildirirəm”.

Etikxeber.az

Read Previous

Rəsmi Paris “Dağlıq Qarabağ respublikası”nı tanımır – SƏFİRLİK

Read Next

Həsən Turabovun “Azdrama”da xatirəsi yad olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir