Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyədə geniş qeyd edilir.
Etikxeber.az xəbər verir ki, mayın 8-də Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Heydər Əliyevin doğum gününə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün Türkiyənin paytaxtı Ankara şəhərinə səfərə yola düşəcəklər.
Milli Məclisin komitə sədrləri Ankaradakı Heydər Əliyev adına məktəbdə keçirilən xatirə mərasimində və digər tədbirlərdə mərhum dövlət başçısının həyat və fəaliyyəti barədə ətraflı məlumat verəcəklər.
Türkiyə rəsmilərinin, siyasət adamlarının, elm xadimlərinin, Ankara ziyalılarının, ictimaiyyət və media nümayəndələrinin, həmçinin qardaş ölkədə təhsil alan soydaşlarımızın qatılacağı silsilə tədbirlərdə iştirakçılara tarixən qardaş olan Azərbaycanla Türkiyə arasında münasibətlərin möhkəmlənməsində, əməkdaşlıq əlaqələrinin genişlənməsində Heydər Əliyevin xidmətlərindən söhbət açacaqlar.
Səfər mayın 11-də başa çatacaq.
Etikxeber