Bu gün Türkiyənin Van şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahı ilə Van Valiliyi arasındakı ərazidə partlayış törədilib. Terrorçular tərəfindən törədilən partlayışda yaralılarla bağlı yeni rəqəm açıqlanıb.
Etikxeber.az-ın“Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Van Valiliyi saat 11.50 radələrində bomba yüklü avtomobilin partladılması nəticəsində 4-ü polis olmaqla, 50 nəfərin yaralandığını açıqlayıb.
Van Polis İdarəsinin rəisi Suat Ekici isə bildirib ki, içərisində partlayıcı olan, dayanacaqda dayanmış mikroavtobus partladılıb.
***
Daxili işlər naziri: Görülən tədbirlər sayəsində partlayan avtomobil hədəfinə çata bilmədi.
Xarici işlər naziri Mövlud Çavuşoğlu: Bayram günlərində belə bu alçaqlar terrora davam edirlər.
Baş nazirin müavini Nurəddin Canikli: Mülki vətəndaşları hədəf almaları terror örgütünün bocaladığının işarətidir.
Etikxeber.az